İvanovka Bələdiyyəsinin sədri Dəyərli Rəhbər
- 31.10.2026 15:33
- 2465 baxış
8 Noyabr – Zəfər Günü münasibətilə İvanovka bələdiyyəsinin sədri Oliq Radayev təbrik və ehtiram!
8 Noyabr – Azərbaycan xalqının şanlı tarixinin ən möhtəşəm səhifələrindən biri, milli qürurumuzun, birliyimizin və dövlətimizin qüdrətinin təcəssümü olan Zəfər Günüdür.
Bu əlamətdar gün münasibətilə İsmayıllı rayonunun İvanovka bələdiyyəsinin sədri Oliq Radayevi ürəkdən təbrik edir, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayırıq.
Oliq Radayevin bələdiyyə sədri kimi fəaliyyətində dövlətçilik prinsiplərinə, qanunlara və milli maraqlara hörmətlə yanaşması, ölkəmizin inkişafına töhfə vermək istiqamətində göstərdiyi səylər xüsusi qeyd olunmalıdır. Yerli özünüidarəetmə orqanlarının əsas vəzifələrindən biri vətəndaşların müraciətlərinə həssas yanaşmaq, kəndin sosial-məişət problemlərinin həllinə dəstək olmaq, abadlıq və quruculuq işlərinə diqqət yetirməkdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər hər bir azərbaycanlı üçün əbədi qürur mənbəyidir. Bu Zəfər xalqımızın birliyinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin sarsılmaz iradəsinin nəticəsidir.
Oliq Radayev də bu əlamətdar günün mahiyyətini yüksək qiymətləndirərək şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərilməsinin, şəhid ailələrinin və qazilərimizin daim diqqətdə saxlanılmasının vacibliyini unutmamalıdır. Çünki Vətən uğrunda canından keçən qəhrəmanlarımızın fədakarlığı heç zaman unudulmamalıdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın humanizm, mərhəmət, xeyirxahlıq və vətənpərvərlik prinsiplərinə əsaslanan fəaliyyəti də cəmiyyətimiz üçün böyük örnəkdir. Şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə göstərilən diqqət və qayğı dövlətimizin humanist siyasətinin mühüm göstəricisidir.
Bu gün Azərbaycan qalib, güclü və nüfuzlu dövlətdir. Zəfər Günümüz mübarək olsun! Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə sağlam və uzun ömür arzulayırıq.
Oliq Radayevi 8 Noyabr – Zəfər Günü münasibətilə bir daha təbrik edir, dövlətimizə və xalqımıza xidmət yolunda uğurlar diləyirik!

