Aqil Aslanovun uğurları
- 26.11.2026 11:23
- 2558 baxış
HACIQABUL RAYON MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI MÜƏSSİSƏSİNİN RƏİSİ AQİL ASLANOV
Hacıqabul rayonunda kommunal təsərrüfatın inkişafı, şəhərin abadlığı, küçələrin təmizliyi və sakinlərin rahat yaşayışının təmin olunması istiqamətində məsuliyyətli və şərəfli vəzifə daşıyan şəxslərdən biri də Hacıqabul Rayon Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsinin rəisi Aqil Aslanovdur.
Bu mühüm sahəyə rəhbərlik etmək böyük idarəçilik bacarığı, yüksək məsuliyyət, təşkilatçılıq və insanlara diqqət tələb edir. Çünki kommunal təsərrüfat hər bir rayon sakininin gündəlik həyatı ilə birbaşa bağlı olan vacib sahələrdən biridir.
Aqil Aslanovun rəhbərlik etdiyi müəssisənin əsas missiyası rayonun təmizliyinə, abadlığına, yaşayış məntəqələrinin səliqəli saxlanılmasına və kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət etməkdir.
Xüsusilə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, yaşlı insanlara və aztəminatlı ailələrə diqqət və qayğı göstərilməsi hər bir rəhbərin mənəvi məsuliyyətidir. Dövlətə və xalqa xidmətin ən gözəl nümunəsi məhz vətəndaşların müraciətlərinə həssas yanaşmaq, onların problemlərinin həllinə çalışmaqdır.
Aqil Aslanov rəhbərlik etdiyi bu məsuliyyətli vəzifədə uğurlar, kollektivinə isə yorulmaz fəaliyyət və yeni nailiyyətlər arzulayırıq.
Unutmayaq ki, bir rayonun gözəlliyi onun abad küçələrində, təmizliyində, sakinlərinə göstərilən diqqət və xidmətində özünü göstərir.
Hacıqabul rayonunun inkişafına, abadlığına və kommunal təsərrüfat sahəsinin daha da təkmilləşməsinə töhfə verən bütün əməkdaşlara təşəkkürümüzü bildiririk.
Allah dövlətimizi, dövlət başçımızı, üçrəngli bayrağımızı və Vətənimizə ləyaqətlə xidmət edən bütün insanları
Aqil Aslanov dövlət və xalq qarşısında daşıdığı məsuliyyətli fəaliyyətində daim uğurlar arzulayırıq!

