Sahibkar iş adamı Famil Bağıyev
- 23.09.2026 10:21
- 2598 baxış
Azərbaycanda çoxsaylı tikinti şirkətləri fəaliyyət göstərir və öz əməyi ilə uğur qazanan sahibkarlarımız kifayət qədərdir. Lakin sahibkarı həqiqətən dəyərli edən yalnız gördüyü işlər, tikdiyi binalar və qazandığı uğurlar deyil. Əsl dəyər insanın Vətəninə, dövlətinə, xalqına və ehtiyacı olan insanlara münasibətində özünü göstərir.
Bu baxımdan “Orbita MTK”nın rəhbəri, dəyərli sahibkar Famil Bağıyev haqqında xoş sözlər demək yerinə düşər. Famil müəllim öz fəaliyyəti, insanlarla münasibəti, dövlətə və dövlətçiliyə olan dəstəyi ilə seçilən sahibkarlardandır.
Famil müəllimin ən böyük xüsusiyyətlərindən biri də Vətənə bağlılığı və şəhid ailələrinə göstərdiyi hörmətdir. Şəhid ailələrinə ehtiram göstərmək, onların yanında olmaq, onların ağrısını və qayğısını bölüşmək hər bir insanın mənəvi borcudur. Bu həssas məsələyə diqqətlə yanaşan insanlar hər zaman xalqın hörmətini qazanırlar.
Belə insanların gördüyü işlər yalnız sahibkarlıq fəaliyyəti ilə məhdudlaşmır. Onlar həm də cəmiyyətə nümunə olur, xeyirxahlığın, insanpərvərliyin və Vətən sevgisinin nə qədər böyük dəyər olduğunu göstərirlər.
İsmayıllı rayonunun Buynuz kəndindən olan Famil müəllim doğma yurdunun adını layiqincə daşıyan və öz zəhməti ilə uğur qazanan insanlardan biridir. Buynuz kimi gözəl bir kənddən çıxaraq böyük şəhərdə öz biznesini qurmaq və insanlara iş imkanı yaratmaq özü böyük zəhmət, əzm və məsuliyyət tələb edir.
Famil müəllim kimi sahibkarların uğuru həm də ölkəmizin iqtisadi inkişafına verilən töhfədir. Yeni layihələr, tikinti işləri, yaradılan iş yerləri və insanların rifahına göstərilən diqqət ölkəmizin inkişafına xidmət edir.
Ən əsası isə insanın qazandığı hörmətdir. Varlı olmaq mümkündür, amma hörmət qazanmaq hər insana nəsib olmur. Hörmət insanın davranışı, mərdliyi, xeyirxahlığı və insanlara münasibəti ilə qazanılır.
Famil müəllimə bundan sonrakı fəaliyyətində də böyük uğurlar, möhkəm cansağlığı, ailə səadəti və bol ruzi arzulayırıq. Allah Vətəninə, dövlətinə və xalqına faydalı olan bütün sahibkarlarımızı qorusun.
Uğurlarınız daim olsun, Famil müəllim! Doğma Buynuz kəndinin, İsmayıllının və Azərbaycanın adını həmişə uca tutasınız!

