Simonyan pasport davasına çıxan separatçıları ələ saldı: "Bəs burada nə işiniz var?"
- 26.11.2026 16:03
- 72 baxış
Qarabağda anadan olmuş Ermənistan vətəndaşları hökumət binası önündə etiraz aksiyası təşkil ediblər. Onlar Ermənistan pasportlarında doğum yerinin Azərbaycan kimi göstərilməsindən narazıdırlar.
Respublikaxebertv.Az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Aksiya zamanı iştirakçılar Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanı gördükdə ona: "Yerin dibinə girəsən", - deyə qışqırıblar. Simonyan isə cavabında bildirib: "Mən də sizi çox sevirəm".
Onlar Qarabağla bağlı separatçı şüar səsləndirməyə başlayanda, Alen Simonyan sual verib: "Bəs onda sizin burada nə işiniz var?"
Təhlükəsizlik Şurasının katibi onların etirazlarına münasibət bildirərək deyib:
"Bəs harada doğulublar? Bu insanlar dünyaya gələndə "Qarabağ" adlı bir ölkə var idi? Əgər həmin şəxslər orada anadan olublarsa, Azərbaycan deyilsə, bəs nə yazılmalı idi?"

